Site icon AJMEDIA Azərbaycanca

Azərbaycan-Türkiyə enerji əməkdaşlığının inkişafı müzakirə edilib

Tokio, 13 mart , /AJMEDIA/

Antalya Diplomatiya Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazov Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar ilə görüşüb.

Energetika Nazirliyindən AJMEDIA-ya bildirilib ki, görüşdə Azərbaycan-Türkiyə enerji əməkdaşlığının hər iki ölkə üçün faydalarından məmnunluq ifadə edilib. TANAP layihəsinin Türkiyənin təbii qaz tələbatının ödənilməsinə töhfələri qeyd edilib. İğdır-Naxçıvan qaz boru kəməri layihəsi üzrə işlərin gedişatı nəzərdən keçirilib. Təbii qaz və elektrik enerjisi üzrə əməkdaşlığın inkişafı üçün imkanlar ətrafında fikir mübadiləsi aparılıb.

Exit mobile version