Site icon AJMEDIA Azərbaycanca

Azərbaycan Texniki Universitetində təkrar ali təhsil almaq üçün sənəd qəbulu davam edir

Tokio, 18 sentyabr , /AJMEDIA/

Azərbaycan Texniki Universitetində (AzTU) 2022/2023-cü tədris ili üzrə (əyani və qiyabi) ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulu sentyabrın 20-dək davam edəcək.
AzTU-dan AJMEDIA-ya bildirilib ki, təkrar ali təhsilə sənəd qəbulu yalnız elektron qaydada (http://tekrar-alitehsil.aztu.edu.az:9594/) həyata keçirilir.
Qəbul olmaq istəyənlər müvafiq sənədləri elektron qaydada təqdim etdikdən sonra müəyyən tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanacaqlar.
Namizədlər ətraflı məlumat üçün tekraralitehsil@aztu.edu.az ünvanına yaza bilərlər.

Exit mobile version