Azərbaycan taekvondoçusu Avropa üçüncüsü olub

Tokio, 21 noyabr, /AJMEDIA/

Azərbaycan taekvondoçusu Səyyad Dadaşov Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış edib.

Azərbaycan Taekvondo Federasiyasından AJMEDIA-ya verilən məlumata görə, o, 21 yaşadək idmançılar arasında təşkil olunan yarışda üçüncü olub.

Bununla da 54 kiloqram çəkidə mübarizə aparan S.Dadaşov bürünc medala sahib çıxıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts