Tokio, 08 fevral, /AJMEDIA/
Azərbaycanın sumo güləşçisi Hüseyn Ağayev Tokioda 16-cı Hakuho kubokunda ilk dəfə iştirak edib.
AJMEDIA xəbər verir ki, fevralın 7-8-də keçirilən turnirdə 7-15 yaşlı atletlərin yarışına qatılan idmançımız ilk 3 qarşılaşmada yapon və braziliyalı rəqiblərinə qalib gələrək 1/16 finala yüksəlib. İdmançımız həmin turda yarışın əsas favoritlərindən olan digər yapon güləşçiyə məğlub olub.
Həmin turnidə həmyerlimiz, Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının vitse-prezidenti Ülvi Ağamirov yarışda hakim kimi iştirak edir. O, artıq 3-cü ildir ki, Hakuho turnirində yeganə əcnəbi hakim olur.
Qeyd edək ki, son illər Azərbaycanda sumo idman növünə maraq artıb. Beynəlxalq Sumo Federasiyasının qərarına əsasən sumo üzrə dünya çempionatı 2026-cı ilin oktyabrında ilk dəfə Azərbaycanda keçiriləcək.

