Site icon AJMEDIA Azərbaycanca

Azərbaycan son 20 ildə görünməmiş inkişaf və tərəqqi yolu keçib

Tokio, 14 oktyabr , /AJMEDIA/

Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 20 il ərzində Azərbaycan xalqı görünməmiş inkişaf və tərəqqi yolu keçib. Ötən dövrdə cəmiyyətimizin həyatında inqilabi dəyişikliklər baş verib. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu möhkəm təməl üzərində Prezident İlham Əliyevin inşa etdiyi güclü və müasir Azərbaycan dövləti bir çox taleyüklü problemləri geridə qoyaraq, inkişaf etməkdə olan ölkələr sırasında öz layiqli yerini tutub.
2003-cü ildə Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra ölkəmizin həyatında yeni inkişaf mərhələsi başladı, bu sahəyə konseptual yanaşma ortaya qoyuldu.
Sonrakı dövrdə yəni 2008-ci il, 2013-cü il, 2018-ci il prezident seçkilərinin nəticələri bir daha göstərdi ki, Azərbaycan xalqının seçimi yalnız Prezident İlham Əliyevdir. Prezident İlham Əliyev Azərbaycan xalqını arzularına qovuşdurur, onun liderliyi ilə ötən 20 ildə sosial-iqtisadi inkişaf, təhsil, mədəniyyət, ümumən dövlət həyatının bütün sahələrində parlaq nailiyyətlər əldə olunub. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz və hörmət qazanıb, söz sahibinə çevrilib.
2020-ci ildə 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının ən ağrılı yarası olan münaqişəni geridə qoydu, Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi hər bir azərbaycanlıya qələbə sevincini bəxş etdi. Uzun müddət düşmən tapdağı altında qalan torpaqlarımız nəhayət ki, öz əsil sahiblərinə qaytarıldı. Bu gün azad edilmiş ərazilərdə aparılan nəhəng quruculuq və bərpa işləri, uğurla həyata keçirilən Böyük Qayıdış proqramı dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlılnın qəlbində böyük qürur və iftixar hissi doğurur.
Azərbaycan Respublikası artıq ərazi bütövlüyünü və suverenliyini tam və qəti şəkildə təmin etmiş bir dövlətdir.
2023-cü ilin sentyabrında cəmi 23 saat 51 dəqiqə ərzində terrorçuları ağ bayraq qaldıraraq təslim olmağa, oyuncaq kriminal hərbi xunta rejimini özünü buraxmağa vadar etmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Biz, qalib ölkənin qalib vətəndaşları Azərbaycan Prezidenti İlham Əliyevlə fəxr edirik.

Vüqar Ağayev

Exit mobile version