Site icon AJMEDIA Azərbaycanca

Azərbaycan Sidneydə ənənəvi Türk Festivalında təmsil olunub

Tokio, 10 dekabr, /AJMEDIA/

Avstraliyanın Sidney şəhərində ənənəvi Türk Festivalı keçirilib.

AJMEDIA xəbər verir ki, festivalda Azərbaycan icması ilə bərabər türk, özbək, qazax, qırğız, tatar icmaları öz musiqi və mədəniyyətlərini nümayiş etdiriblər.

Festival çərçivəsində Azərbaycana aid xüsusi guşə yaradılıb. Burada ölkəmizin zəngin mədəni irsindən və milli musiqisindən nümunələr təqdim olunub.

Tədbirdə Azərbaycanın Əməkdar artisti Sevinc Hüseynlinin rəhbərlik etdiyi “Odlar Yurdu” qrupunun, həmçinin Şəhla Hümbətovanın ifasında rəqs və mahnılarımız səsləndirilib.

Exit mobile version