Site icon AJMEDIA Azərbaycanca

Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Tokio, 19 aprel, /AJMEDIA/

Aprelin 17-də Mərakeş Krallığının Rabat şəhərində 30-cu Rabat Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb.

AJMEDIA xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Mərakeşdəki səfirliyimizin dəstəyi ilə ölkəmiz builki sərgidə milli stendlə təmsil olunur. Azərbaycana dair yeni nəşr olunan qiymətli kitabların nümayiş olunduğu milli stenddə Azərbaycanın tarixi, mədəniyyəti və kitab sənəti barədə sərginin iştirakçılarına və ziyarətçilərinə geniş məlumat verilir.

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin əməkdaşı Kamran Musayev sərginin açılış günündə bir sıra tədbirlərə qatılıb.

Mərakeş Krallığının Gənclər, Mədəniyyət və Rabitə Nazirliyi tərəfindən təşkil olunan sərgiyə ümumilikdə 51 ölkədən 756 iştirakçı qatılıb. Sərgi çərçivəsində çox sayda mədəni tədbirin keçirilməsi planlaşdırılıb.

Birləşmiş Ərəb Əmirliyinin “fəxri qonaq ölkə” olduğu 30-cu Rabat Beynəlxalq Kitab Sərgisi aprelin 27-dək davam edəcək.

Exit mobile version