Tokio, 18 may, /AJMEDIA/
Hazırda hökumətin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır.
AJMEDIA xəbər verir ki, bunu Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı deyib.
Dövlətimizin başçısı Qarabağın və Şərqi Zəngəzurun 30 ilə yaxın Ermənistanın işğalı altında olduğunu xatırladaraq orada hərtərəfli miqyaslı dağıntılar olduğunu bildirib.
Ziyarətçilərin Ağdamı Hiroşimaya bənzətdiklərini də vurğulayan Prezident qeyd edib: “Biz onu “Qafqazın Hiroşiması” adlandırırıq, çünki şəhər demək olar ki, mövcud deyil”.

