Azərbaycan Prezidenti: Slovakiya ilə əlaqələr dinamik inkişaf yolundadır

Tokio, 1 sentyabr, /AJMEDIA/

Bu gün Azərbaycan ilə Slovakiya arasında əlaqələr dinamik inkişaf yolundadır.

AJMEDIA xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqriniyə bu ölkənin milli bayramı – Konstitusiya Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

Enerji sahəsində səmərəli birgə fəaliyyətin digər sahələr və istiqamətlər üzrə də uğurla davam etdiriləcəyinə əminliyini ifadə edən Azərbaycan Prezidenti bildirib: “İnanıram ki, xalqlarımızın maraqlarına uyğun olaraq və mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə Azərbaycan-Slovakiya dostluq əlaqələrinin inkişafına, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts