Site icon AJMEDIA Azərbaycanca

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb

Tokio, 9 avqust, /AJMEDIA/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına səfəri avqustun 9-da başa çatıb.

AJMEDIA xəbər verir ki, Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini Qazaxıstanın Baş naziri Oljas Bektenov və digər rəsmi şəxslər yola saldılar.

Exit mobile version