Site icon AJMEDIA Azərbaycanca

Azərbaycan Prezidenti: Beynəlxalq təşkilatlarda Misirlə birgə fəaliyyəti gücləndirəcəyik

Tokio, 28 yanvar , /AJMEDIA/

Siyasi əlaqələrimizin gücləndirilməsi məsələləri də diqqətdən yayınmadı. Beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimizi gücləndirəcəyik və əməkdaşlığımızı dərinləşdirəcəyik.
AJMEDIA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi ilə geniş tərkibdə görüşündə deyib.
Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, Misir Prezidentinin Azərbaycana səfəri ölkələrimizin gələcəkdə uğurla inkişafına çox böyük töhfə verəcək.

Exit mobile version