Site icon AJMEDIA Azərbaycanca

Azərbaycan Premyer Liqasının qalibləri mükafatlandırılıb

Tokio, 22 may , /AJMEDIA/

Azərbaycan Premyer Liqasının 2021/2022-ci illər mövsümünə yekun vurulub. Keçirilmiş sonuncu – 28-ci turun “Qarabağ” – “Neftçi” oyunundan sonra 2021/2022-ci il mövsümünün qaliblərinin mükafatlandırma mərasimi təşkil olunub.
AJMEDIA xəbər verir ki, mükafatlandırma mərasimində AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katib Sərxan Hacıyev və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev iştirak ediblər.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında, “Neftçi”, “Zirə” və “Qəbələ” isə Konfrans Liqasında mübarizə aparacaq.

Exit mobile version