Site icon AJMEDIA Azərbaycanca

Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alınıb

Tokio, 9 fevral, /AJMEDIA/

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alınıb.

AJMEDIA xəbər verir ki, XV turun “Neftçi” – “Qarabağ” oyununu 3500 tamaşaçı izləyib. Qonaqların 2:1 hesabı ilə qalib gəldiyi görüşdəki tamaşaçı sayı cari çempionat üçün ən yüksək rəqəmdir.

“Bakcell Arena”dakı oyunadək də rekord eyni komandaların eyni stadiondakı matçına məxsus idi. Həmin vaxt da indiki nəticənin qeydə alındığı üçüncü turun oyununu 3300 tamaşaçı izləyib.

Qeyd edək ki, tamaşaçı sayında mövsümün üçüncü göstəricisi VI tura təsadüf edib. “Qarabağ”ın “Qəbələ” ilə oyununu (2:0) 1600 izləyici seyr edib.

Exit mobile version