Azərbaycan Premyer Liqası: X tura Qəbələdə yekun vurulacaq

Tokio, 22 oktyabr , /AJMEDIA/

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulacaq.

AJMEDIA xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçiriləcək. Yeddi xalla 9-cu pillədə qərarlaşan “Qəbələ” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edəcək.

Saat 16:30-da start götürəcək matçı Tural Qurbanov idarə edəcək.

Komandalar bunadək ölkə çempionatında cəmi bir dəfə qarşılaşıblar. Həmin oyunda Naxçıvan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

Komandalar Qəbələ şəhər stadionunda ilk dəfə üz-üzə gələcəklər.

Qeyd edək ki, turun digər oyunlarında “Qarabağ” “Turan Tovuz”la 2:2 hesablı heç-heçə edib, “Neftçi” “Səbail”ə 4:2 hesabı ilə qalib gəlib. Həmçinin “Zirə”-“Kəpəz” matçında qol vurulmayıb (0:0), “Sabah” isə “Sumqayıt”ı məğlub edib – 3:1.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts