Site icon AJMEDIA Azərbaycanca

Azərbaycan-Pakistan strateji tərəfdaşlığının mövcud vəziyyəti müzakirə edilib

Tokio, 09 iyul, /AJMEDIA/

İyulun 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı olub.

Bu barədə AJMEDIA-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Telefon danışığı zamanı İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilmiş 17-ci Zirvə görüşü çərçivəsində iki ölkə liderləri arasında görüş zamanı aparılmış müzakirələrdən irəli gələn məsələlər, Azərbaycan-Pakistan strateji tərəfdaşlığının mövcud vəziyyəti, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Regional məsələlərlə bağlı Azərbaycan və Pakistanın hər zaman bir-birinin legitim maraqlarını dəstəklədiyi, dövlətlərimizin və xalqlarımızın mənafeyi naminə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə dair həmfikirlik ifadə olunub.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və beynəlxalq məsələlərə diqqət yetirilib.

Exit mobile version