Azərbaycan nümayəndə heyəti Dünya Təhsil Forumunda iştirak edir

Tokio, 20 may, /AJMEDIA/

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyanın London şəhərində keçirilən 21-ci Dünya Təhsil Forumunda iştirak edir.

Nazirlikdən AJMEDIA-ya bildirilib ki, 100-dən çox ölkənin elm və təhsil nazirləri, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlərin iştirakı ilə təşkil edilən forum “Stabillikdən inkişafa doğru: daha güclü, daha cəsarətli, daha yaxşı təhsili birlikdə qururuq” devizi altında həyata keçirilir.

Forum çərçivəsində qlobal miqyasda təhsilin qarşısında duran əsas çağırışlar, innovasiya və rəqəmsallaşma, müəllim hazırlığı və beynəlxalq əməkdaşlıq kimi məsələlər müzakirə olunacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts