Tokio, 2 mart , /AJMEDIA/
Azərbaycan neftinin qiyməti bahalaşıb.
AJMEDIA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 9,6 dollar artaraq 111,90 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il iyulun 8-də 111 dollardan baha (112,05) satılıb.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti fevralın 25-də (106,22) qeydə alınmışdı.