Tokio, 2 sentyabr , /AJMEDIA/
Sentyabrın 2-si saat 16:00-dan 16:10-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.
Bu barədə AJMEDIA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
“Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – deyə nazirlikdən bildirilib.