Tokio, 17 mart , /AJMEDIA/
On doqquz yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının əsas seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.
AJMEDIA AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, komandamız Xorvatiyada keçiriləcək qrup oyununda bu ölkənin müvafiq yaş qrupundan ibarət millisi ilə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 20:00-da başlayacaq oyunu ispaniyalı baş hakim Pablo Delgado Sastre idarə edəcək.
Xorvatiya-Azərbaycan matçı Karlovac şəhərindəki “Mladost Arena”da keçiriləcək.