Site icon AJMEDIA Azərbaycanca

Azərbaycan Milli Elmlər Akademiyası ilə Yaponiyanın “Ajmedia News Portal”ı arasında əməkdaşlıq davam edir

Tokio, 7 aprel , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası ilə Yaponiyanın “Ajmedia News Portal”ı arasında əməkdaşlıq davam edir. Belə ki, sözügedən portalda AMEA-da təşkil olunan tədbirlər, konfranslar və Akademiya ilə bağlı ən son informasiyalar, institutların fəaliyyətləri və digər xəbərlər barədə geniş oxucu kütləsinə məlumat çatdırılır.

“Ajmedia News Portal”ında informasiyalar oxuculara 3 dildə – yaponca, ingiliscə və azərbaycanca təqdim edilir.

Onu da qeyd edək ki, AMEA prezidenti, akademik İsa Həbibbəylinin iştirakı ilə  “Heydər Əliyev İli” çərçivəsində bu elmi qurumun Tədbirlər planının icra vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunan müşavirə oxucuların diqqətinə çatdırılıb. Bundan başqa, AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri Fariz İmranovun Azərbaycanın dahi şəxsiyyətləri, görkəmli alimləri, mütəfəkkirlərinə həsr olunan “Qızıl fond”un yaradılması barədə səsləndirdiyi təkliflə bağlı xəbər və digər materiallar da Yaponiyanın “Ajmedia News Portal”ında işıqlandırılıb.

Exit mobile version