Site icon AJMEDIA Azərbaycanca

Azərbaycan klubu iki əcnəbi basketbolçunu transfer edib

Tokio, 10 dekabr , /AJMEDIA/

“Xəzri” basketbol komandası heyətini iki oyunçu ilə gücləndirib.

Klubdan AJMEDIA-ya verilən məlumata görə, Bakı təmsilçisi ABŞ-dan olan və 196 santimetr boya malik Aubri Makalpay ilə 208 santimetr boya sahib cənubi sudanlı Makol Mavyeni transfer edib. Hər iki basketbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Aubri son olaraq Gürcüstanın “Olimpi” komandasında, Makol isə Monteneqronun “Mornar” klubunda çıxış edib.

Exit mobile version