Tokio, 21 may, /AJMEDIA/
Almaniyanın Frankfurt şəhərində “İMMEX Frankfurt 2025” adlı beynəlxalq turizm sərgisi keçirilir.
AJMEDIA xəbər verir ki, dünyanın aparıcı turizm şirkətlərinin iştirakı ilə keçirilən sərgiyə “Shams Group Azərbaycan” şirkəti də qoşulub.
Dünyanın aparıcı turizm şirkətlərinin Azərbaycanın turizm potensialına göstərdiyi marağın hər il artmaqda olduğunu söyləyən şirkətin rəhbəri Qalib Əliyev deyib: “44 günlük Vətən müharibəsində qazandığımız Zəfərdən sonra Azərbaycanın qlobal səviyyədə nüfuzu getdikcə daha da artır. Bütün sahələrdə öz sözünü deyən ölkəmizin turizm sahəsində də imkanları genişlənməkdədir. Belə sərgilər ölkəmizin turizm imkanlarının dünya miqyasında təbliği və tanıdılması əvəzsiz platformadır”.