Site icon AJMEDIA Azərbaycanca

Azərbaycan ilə Səudiyyə Ərəbistanı enerji keçidində potensial layihələr üzrə əməkdaşlığı müzakirə ediblər

Tokio, 8 dekabr, /AJMEDIA/

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanına səfər çərçivəsində bu ölkənin energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud ilə görüşüb.

AJMEDIA-nın məlumatına görə, bu barədə M.Cabbarov “X” sosial şəbəkəsində yazıb.

Nazir bildirib ki, görüş zamanı iki ölkənin “yaşıl” enerji gündəliyinin prioritet istiqamətləri, bu sahədə birgə fəaliyyətin uğurlu nəticələri və ölkələrimiz üçün faydaları barədə söhbət aparılıb. Görüşdə enerji keçidində potensial layihələr üzrə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Exit mobile version