Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında sosial sahədə əməkdaşlıq məsələləri müzakirə edilib

Tokio, 14 noyabr , /AJMEDIA/

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin Krallığın insan resursları, əmək və sosial inkişaf naziri Abdulla bin Nasir Abu Tani ilə görüşündə iki ölkə arasında sosial sahədə əməkdaşlıq məsələləri müzakirə edilib.

AJMEDIA rəsmi “Saudi Press” informasiya agentliyinə istinadla xəbər verir ki, görüş əsnasında iki dost ölkənin müvafiq qurumları arasında əmək və əhalinin sosial müdafiəsi sahəsində təcrübə mübadiləsinin, qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

Səudiyyəli nazir bildirib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin əmək nazirlərinin gələn həftə Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək sessiyası çərçivəsində iki dost ölkənin müvafiq nazirlikləri arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə ediləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts