Site icon AJMEDIA Azərbaycanca

Azərbaycan ilə Mərakeş Krallığı arasında logistika sahəsində əməkdaşlıq haqqında Çərçivə Sazişi təsdiq edilib

Tokio, 25 dekabr , /AJMEDIA/

Prezident İlham Əliyev Azərbaycan ilə Mərakeş Krallığı arasında logistika sahəsində əməkdaşlıq haqqında Çərçivə Sazişinin təsdiq edilməsi ilə bağlı Fərman imzalayıb.

AJMEDIA xəbər verir ki, Fərmanla 2023-cü il noyabrın 13-də Rabat şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında logistika sahəsində əməkdaşlıq haqqında Çərçivə Sazişi” təsdiq edilib.

Fərmanın 1-ci hissəsində göstərilən Çərçivə Sazişi qüvvəyə mindikdən sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə Çərçivə Sazişinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Mərakeş Krallığı Hökumətinə bildiriş göndərməsi tapşırılıb.

Exit mobile version