Site icon AJMEDIA Azərbaycanca

Azərbaycan idmançısı beynəlxalq turnirdə gümüş medal qazanıb

Tokio, 20 iyul , /AJMEDIA/

Suya tullanma üzrə Azərbaycan idmançısı Bolqarıstanın Varna şəhərində keçirilən “Üçüncü Balkan Gənclər Çempionatı” beynəlxalq turnirində yüksək nəticə göstərib.

Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən AJMEDIA-ya verilən məlumata görə, 10 ölkədən 110 idmançının qatıldığı yarışda Məhəmməd Hüseynov E qrupunda ikinci yeri tutaraq gümüş medala layiq görülüb.

Qeyd edək ki, Azərbaycan idmançıları bu yarışlarda məşqçilər Anton Melnikov və Angelina Melnikovanın rəhbərliyi altında çıxış edirlər.

Exit mobile version