Tokio, 9 oktyabr , /AJMEDIA/
Almaniyanın Troysdorf şəhərində atçılıq üzrə beynəlxalq turnirə yekun vurulub.
AJMEDIA xəbər verir ki, yarışda Azərbaycan təmsilçisi Aqata Zəhrabəyova da qüvvəsini sınayıb.
Milli üzvü atçılıq idmanının dresaj növündə bütün rəqiblərini geridə qoyaraq birinci yeri tutub.
Qeyd edək ki, A. Zəhrabəyova turnirdə “Rm Golden Showmen” atı ilə çıxış edib.