Site icon AJMEDIA Azərbaycanca

Azərbaycan gimnastları beynəlxalq turnirdə finala vəsiqə qazanıblar

Tokio, 10 mart , /AJMEDIA/

Azərbaycan gimnastları Polşanın Krakov şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 11-ci Vavel beynəlxalq turnirində finala yüksəliblər.

AJMEDIA xəbər verir ki, milli komandanın heyətində Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Abdullayev, Aleksey Karataşov, Xətai Hümbətov, Hadi Əliəkbər, Sənan Rzazadə (tamblinq) və Fərhad Vəliyev (batut gimnastikası) həlledici mərhələdə mübarizə aparmaq imkanı qazanıblar.

Exit mobile version