Azərbaycan gimnastları beynəlxalq turnirdə bürünc medal qazanıblar

Tokio, 12 iyul , /AJMEDIA/

Azərbaycan gimnastları Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” beynəlxalq yarışında fəxri kürsüyə qalxıblar.

Azərbaycan Gimnastika Federasiyanın mətbuat xidmətindən AJMEDIA-ya verilən məlumata görə, İbrahim Mustafazadə, Əli Niftəliyev və Fərhad Vəliyev komanda hesabında yüksək nəticə əldə edərək bürünc medal qazanıblar.

Ötən gün start götürən turnirə iyulun 13-də yekun vurulacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts