Azərbaycan Filippində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Tokio, 11 fevral, /AJMEDIA/

Filippində fəaliyyət göstərən Manila Beynəlxalq Məktəbində mədəniyyət festivalı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AJMEDIA-ya bildirilib ki, beynəlxalq festivalda 30-dan çox ölkənin mədəniyyəti, adət-ənənələri və milli təamları nümayiş olunub.

Filippindəki Azərbaycan diasporu tədbirə 23 nəfərlik heyətlə qatılıb. Qonaqlara milli mətbəximizin yarpaq dolması, kələm dolması, ləvəngi, kükü, Qarabağ kətəsi, dovğa və digər təamları təqdim edilib. Yarpaq dolması və dovğa xüsusi rəğbətlə qarşılanıb.

Ölkəmizə məxsus stenddə Azərbaycan xalçası və milli ornamentli suvenirlər də sərgilənib, ziyarətçilərə Vətənimiz haqqında ətraflı məlumat verilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts