Site icon AJMEDIA Azərbaycanca

Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən Almaniyada, Böyük Britaniyada və ölkəmizdə Zəfər Gününə həsr olunmuş guşələr yaradılıb

Tokio, 11 Noyabr, /AJMEDIA/

Almaniyanın Bremen şəhərində fəaliyyət göstərən “Azerbaijan Society Team”in təşəbbüsü və Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə Zəfər Günü münasibətilə Almaniyanın Bremen şəhərində, Böyük Britaniyanın London şəhərində və Azərbaycanda ADA Universitetində guşələr yaradılıb.

AJMEDIA xəbər verir ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərin birinci ildönümü münasibətilə “8 November – Victory Day” adlı layihə çərçivəsində yaradılmış guşələrdə bir rolap və bir poster yerləşdirərək orada yaşayan xarici vətəndaşlara “Dəmir yumruq” əməliyyatı və ölkəmizin əldə etdiyi şanlı Qələbə haqqında geniş məlumat verilib.

Həyata keçirilmiş layihə çərçivəsində yaradılmış guşələrlə yanaşı, “Xudayar təsnifi” və qələbə ruhlu digər mahnılarımız səsləndirilib.

“Azerbaijan Society Team”in sosial şəbəkə hesablarından əlavə məlumat əldə etmək olar.

Exit mobile version