Site icon AJMEDIA Azərbaycanca

Azərbaycan bayrağına yeni şeir həsr olundu

Tokio, 22 avqust , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, tanınmış şair, bəstəkar, tərcüməçi, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanım İsmayılqızı kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə yeni şeir təqdim etdi.
“Bayraq” adlı şeirdə müəllif möhtəşəmlik rəmzi, azadlıq nəfəsi, baş qoyub and içməyə Quranla tən gələn milli qürurumuz, şərəfimiz, varlığımız olan üç rəngli bayrağımızı tərənnüm edir.

Bayraq

Tək bayraq dalğalanır,
Dayanıbdı yüksəkdə.
Təkbaşına dolanır
Ətrafında külək də.

Zirvənin bəzəyidi
Bu bayrağın üç rəngi.
Möhtəşəmlik rəmzidi
Bu qürurlu ahəngi.

Yaşılında dirilik,
Qırmızısında qan var.
Göyündə göylər qədər
Böyük bir asiman var.

O, böyük bir millətin
Azadlıq nəfəsidir.
Sancıldığı hər zirvə,
Öz xalqının səsidir.

Baş qoyub and içməyə,
O, Qurana tən gəlir.
Tək bayrağın ardınca,
Bu ana Vətən gəlir.

Exit mobile version