Site icon AJMEDIA Azərbaycanca

Azərbaycan Basketbol Federasiyası Avropanın 10 ən güclü federasiyası arasında

Tokio, 6 iyul , /AJMEDIA/

Azərbaycan Basketbol Federasiyasının 2022/2023-cü il mövsümündən etibarən 3×3 qadın basketboluna göstərdiyi xüsusi diqqət və qayğının nəticəsi Beynəlxalq Basketbol Federasiyasının (FIBA) yeni açıqlanmış reytinq cədvəlində öz əksini tapıb.
Federasiyadan AJMEDIA-ya bildirilib ki, 3×3 basketbol üzrə qadın millimizin Dünya Qadın Seriyasındakı mütəmadi iştirakı və “Neftçi” klubunun Şuşa və Netanya mərhələlərində qazandığı uğurlar sayəsində, Azərbaycan Basketbol Federasiyası 3×3 basketbol üzrə qadınların reytinq sıralamasında Avropa üzrə 10-cu, dünya üzrə isə 16-cı pillədə qərarlaşıb.

Exit mobile version