Tokio, 3 fevral, /AJMEDIA/
Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra İranda keçirilən 33-cü “Iran Fajr International Challenge” turnirində gümüş medal qazanıb.
Azərbaycan Badminton Federasiyasından AJMEDIA-ya verilən məlumata görə, qadın badmintonçuların şəxsi yarışında mübarizəyə 1/32 finaldan başlayan idmançı finala gedən yolda İran, Türkiyə, Bolqarıstan və Hindistandan olan rəqiblərinə qalib gəlib. Keişa qızıl medal uğrunda keçirilən həlledici qarşılaşmada Türkiyə badmintonçusu Neslihan Arınla üz-üzə gəlib.
Oyun turnirin reytinq favoriti Neslihanın 2:0 (21-17,21-14) hesablı qələbəsi ilə başa çatıb.
21 yaşlı badmintonçumuz hazırda Dünya Badminton Federasiyasının reytinq siyahısında 49-cu sırada qərarlaşıb.