Site icon AJMEDIA Azərbaycanca

Azərbaycan atleti Türkiyədə gümüş medal qazanıb

Tokio, 21 fevral, /AJMEDIA/

Azərbaycan atleti Yekaterina Sarıyeva Türkiyənin İstanbul şəhərində keçirilmiş “Ruhi Sarıalp tullanmalar kuboku”nda gümüş medal qazanıb.

Azərbaycan Atletika Federasiyasından AJMEDIA-ya verilən məlumata görə, idmançı qadınlar arasında üçtəkanla tullanma növü üzrə qüvvəsini sınayıb.

O, 13.38 metr nəticə ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Exit mobile version