Site icon AJMEDIA Azərbaycanca

Azərbaycan atıcısı Ruslan Lunyov Qranada Qran-Pri turnirində qızıl medal qazanıb

Tokio, 23 may , /AJMEDIA/

İspaniyanın Qranada şəhərində Beynəlxalq Atıcılıq İdman Federasiyasının Qran-Pri yarışının ilk qaliblərindən biri atletimiz Ruslan Lunyov olub.
Azərbaycan Atıcılıq Federasiyadan AJMEDIA-ya bildiriblər ki, təmsilçimiz 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada qalib gələrək qızıl medal qazanıb.
Azərbaycanlı atlet 26 ən güclü atıcı arasında fərqlənməyə nail olub.
Qranada Qran-Prisi mayın 29-dək davam edəcək.
Tüfəng, tapança və stend atıcılığı üzrə yarışlarda 37 ölkədən 250-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq.

Exit mobile version