Site icon AJMEDIA Azərbaycanca

Azərbaycan Aktauda keçirilən “Şimal-Cənub” nəqliyyat ticarət-ixracat forumunda təmsil olunub

Tokio, 20 iyul , /AJMEDIA/

Aktauda 19-20 iyul tarixlərində Qazaxıstan Respublikası Baş nazirinin müavini Serik Jumanqarinin sədrliyi ilə birinci “Şimal-Cənub” ticarət-ixracat forumu keçirilib.

AJMEDIA bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyinin məlumatına istinadla xəbər verir.

Nazirliyin məlumatında bildirilir ki, son təyinat məntəqəsi Fars körfəzinin limanları və daha sonra Hindistana çıxışı olan “Şimal-Cənub” nəqliyyat dəhlizi geniş perspektivlər açır və iqtisadi inkişafın mühərriklərindən birinə çevrilə bilər.

“Bu marşrutun inkişafı üçün bu gün İran, Türkmənistan və Rusiya ilə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin şərq marşrutunun potensialının 2024-2025-ci illər üçün sinxron inkişafı üzrə “Yol xəritəsi” imzalanıb”, -deyə məlumatda bildirilir.

Qeyd olunur ki, bu sənədin həyata keçirilməsi 2027-ci ilə qədər dəhlizin ötürücülük imkanlarını ildə 15 milyon tona, 2030-cu ilə qədər isə 20 milyon tona çatdıracaq.

“Qazaxıstan 2030-cu ilə qədər yük axınlarının artımı üçün ən yüksək potensiala malik olan və Hind okeanına ən qısa tranzit üçün ən təhlükəsiz marşrut kimi görünən “Şimal-Cənub” dəhlizinin şərq qolunun inkişafında fəal iştirakını davam etdirmək niyyətindədir. Odur ki, Qazaxıstan, Rusiya, Türkmənistan və İran ərazilərindən keçən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin şərq marşrutunun potensialının sinxron inkişafı üçün bu gün imzalanan “Yol xəritəsi”nin praktiki icrasına başlamaq lazımdır”, -deyə Nəqliyyat Nazirliyinin rəhbəri Marat Karabayev bildirib.

Forumda Azərbaycan, Rusiya, Belarus, Türkmənistan, BƏƏ, İran, Özbəkistan və bir sıra digər ölkələrdən 440-dan çox təmsilçi, İqtisadi Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi Komissiyasının nümayəndələri iştirak ediblər.

Forum “Şimal-Cənub” nəqliyyat dəhlizinin əsas aktorlarının iştirakı ilə dəmir yollarının, avtomobil yollarının, limanların inkişafı ilə bağlı aktual məsələlərin müzakirəsi üçün platforma rolunu oynayır.

Exit mobile version