Tokio, 5 aprel , /AJMEDIA/
Azərbaycan 60-cı Venesiya Biennalesində – Beynəlxalq İncəsənət Sərgisində təmsil olunacaq.
AJMEDIA xəbər verir ki, ölkəmiz Biennaledə “Xəzərdən çəhrayı planetə: Mən burdayam” (“From Caspian to Pink Planet: I am here”) mövzusundakı milli pavilyonla iştirak edəcək. Aprelin 18-də Azərbaycan pavilyonunun təntənəli açılış mərasimi keçiriləcək.
60-cı Venesiya Biennalesi noyabrın 24-dək davam edəcək.
Venesiya Biennalesi müasir incəsənət sahəsində dünyanın ən nüfuzlu sərgilərindən hesab olunur və iki ildən bir keçirilir. Azərbaycan bu beynəlxalq layihədə 2007-ci ildən iştirak edir.