Site icon AJMEDIA Azərbaycanca

Azərbaycan əhalisinin sayı 10 milyon 163 min 176 nəfər təşkil edib

Tokio, 11 oktyabr , /AJMEDIA/

Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il sentyabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 milyon 163 min 176 nəfər təşkil edib.

AJMEDIA Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,6, kənd əhalisinin xüsusi çəkisi 45,4 faiz, kişilərin xüsusi çəkisi 49,8, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.

Exit mobile version