Site icon AJMEDIA Azərbaycanca

Avstriyada silahlı hücumun məktəbin keçmiş şagirdi tərəfindən törədildiyi məlum olub

Tokio, 10 iyun, /AJMEDIA/

Avstriyanın Qrats şəhərində məktəblərdən birindəki silahlı hücum həmin məktəbin keçmiş şagirdi tərəfindən törədilib.

AJMEDIA xəbər verir ki, hadisə nəticəsində hücum edən şəxs də daxil olmaqla 10 nəfər həlak olub.

Avstriyanın tarixində baş vermiş ən faciəvi silahlı hücumlardan biri olan bu hadisə zamanı tapança və tüfəngdən istifadə edilib.

Hadisəni törədən 22 yaşlı şəxs Drayşütsenqasse Federal Real Gimnaziyasının keçmiş şagirdi olub. İlkin versiyaya görə, o, məktəbdə təhsil aldığı dövrdə sinif yoldaşları tərəfindən mobbinqə məruz qalıb və törətdiyi əməl qisas xarakteri daşıyıb.

Avstriyanın federal kansleri Kristian Ştoker baş vermiş hadisəni ağlasızmaz hadisə və milli faciə kimi dəyərləndirib. Dövlət başçısı Aleksander Van der Bellen sosial mediadakı hesabında Qratsdakı dəhşəti sözlə ifadə etməyin mümkün olmadığını yazıb.

Avstriya Daxili İşlər Nazirliyi ictimaiyyətə müraciətində hadisə baş vermiş ərazidə çəkilmiş foto və videoları sosial mediada yaymağa deyil, təhqiqat məqsədilə nazirliyin saytındakı xüsusi bölməyə yükləməyə çağırıb.

Exit mobile version