Site icon AJMEDIA Azərbaycanca

Avstraliyanın “Qantas” aviaşirkəti noyabrın 23-dən beynəlxalq reysləri bərpa edəcək

Tokio, 23 Oktyabr, /AJMEDIA/

Avstraliyanın aparıcı “Qantas” aviaşirkəti noyabrın 23-dən beynəlxalq aviareysləri bərpa edəcək.

AJMEDIA xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb. İlkin olaraq Sidney ilə Sinqapur arasında aviareysin bərpası nəzərdə tutulur.

Bildirilir ki, beynəlxalq reyslərin bərpa edilməsi barədə plan Avstraliya hökumətinin və Yeni Cənubi Uels ştatı hökumətinin noyabrın 1-dən beynəlxalq sərhədlərin açılması və tam vaksin olunmuş vətəndaşlar üçün karantinin ləğv olunması barədə qərarlarının qəbulundan sonra meydana gəlib.

Mətbuat xidmətinin açıqlamasında deyilir: “Bu qərar pandemiya səbəbindən “Qantas”ın işdən kənarlaşdırılan əməkdaşlarının yenidən sıraya qayıtmasına səbəb olacaq”. Aviaşirkətdən, həmçinin bildirilib ki, bu təqribən 22 min nəfərin dekabrın əvvəllərində işə geri dönməsi deməkdir.

Exit mobile version