Avstraliya xarici işlər naziri diasporumuzun müraciətindən sonra İranda insan haqlarının pozulmasını pislədi

Tokio, 23 mart , /AJMEDIA/

Avstraliya xarici işlər naziri Avstraliya Azərbaycanlıları Assosiaiyasının (AAA) müraciətindən sonra İranda insan haqlarının pozulmasını pisləyib.
AJMEDIA xəbər verir ki, AAA sədri Mikayil Oytanın və Sara xanım Azərsunun Avstraliya xarici işlər naziri Peni Vanga müraciətlərindən sonra Avstraliya xarici işlər nazirliyi İarnın molla rejiminin başqa xalqların, xüsusən də qadınların hüquqlarını pozmasını tənqid edib.
Avstraliyanın xarici işlər naziri Peni Vang iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla telefon danışığında Tehran rejiminin insan haqları pozuntularını, etirazçılara qarşı repressiyalarını, qadın və azlıqlara qarşı təzyiqlərini pisləyib.
Bu barədə Avstraliya XİN başçısı özünün sosial media hesabında etdiyi paylaşımda bildirib.
O, bununla yanaşı İran XİN başçısına Tehran hökumətinin başqa ölkələrin daxili işlərinə qarşışması barədə də xəbərdarlıq etdiyini yazıb.
“Kanberra Tehran hökumətinin ikili vətəndaşlığı olan avstraliyalı-iranlı məhkumlara qarşı təzyiqlərinə göz yummayacaq”,- deyə P.Vang qeyd edib.
Qeyd edək ki, sayın Mikayil Oyta və Sara xanım Azərsun Avstraliya xarici işlər naziri Peni Vanga müraciət edərək, İran rejiminin Güney Azərbaycanda insan haqlarını pozan İran rejimini pisləməsini istəyiblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts