Avstraliya Ukraynaya əlavə hərbi yardım göndərəcək

Tokio, 28 iyun , /AJMEDIA/

Avstraliya Ukraynaya əlavə hərbi yardım göndərmək məqsədilə araşdırmalar aparır. Həmin yardıma “Bushmaster” zirehli avtomobillərinin əlavə olunması da nəzərdə tutulur.
AJMEDIA xəbər verir ki, bu barədə iyunun 28-də Kanberrada keçirilən mətbuat konfransı zamanı Avstraliya Baş nazirinin müavini və müdafiə naziri Riçard Marlz məlumat verib.
“Hazırda Ukraynanın xahişi nəzərə alınaraq, bu ölkəyə “Bushmaster” zirehli avtomobillərinin əlavə partiyasının və digər dəstək texnikasının göndərilməsi nəzərdən keçirilir”, – deyə R.Marlz bildirib. Əlavə edib ki, bu günədək Ukraynaya vəd edilən bütün hərbi avadanlıq artıq Kiyevə təhvil verilib. Yeni yardım paketi isə hazırda hazırlıq mərhələsindədir.
Qeyd edək ki, Avstraliya hökuməti tərəfindən Ukraynaya bu günədək 198 milyon ABŞ dolları dəyərində zirehli hərbi avtomobillər, qaubitsalar, tank əleyhinə silahlar, hərbi sursat, pilotsuz uçuş aparatları və qoruyucu vasitələr göndərilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts