Avstraliya saytı Xəzər dənizinin dünyanın ən heyrətamiz göllərindən biri olmasından yazıb

Tokio, 30 Oktyabr, /AJMEDIA/

Avstraliyanın turizm sahəsində tanınmış “traveller.com.au” saytı Xəzər dənizinin dünyanın ən heyrətamiz göllərindən biri olması barədə məqalə yayıb.

AJMEDIA xəbər verir ki, “Dünyanın 10 ən heyrətamiz gölü” adlı məqalədə Xəzər dənizinin və onun sahilində yerləşən Bakı şəhərinin gözəlliyindən bəhs edilir. Bildirilir ki, dünyanın həm də ən böyük gölü olan Xəzərin sahilində Rusiya, Azərbaycan, İran, Türkmənistan və Qazaxıstan kimi dövlətlər yerləşir. Vurğulanır ki, gəmilərin qısa yolla bu dənizi keçməsi üçün ən azı 17 saat vaxt lazımdır.

Məqalədə ümumilikdə 370 min kvadratkilometr sahəyə malik olan Xəzərin dəniz və ya göl olması barədə mübahisələrin hələ də davam etdiyi bildirilir. Qeyd edilir ki, Xəzər dənizi yalnız torpaqlı ərazi ilə əhatə olunmasına baxmayaraq onun dibi okean bazaltından ibarətdir.

Qeyd edilir ki, gözəlliyi ilə seçilən dənizin cənubunda yüksək dağlıq ərazilər, şimalında isə düzənliklər yerləşir.

Məqalədə Azərbaycan paytaxtı Bakı Xəzər dənizinin sahillərində yerləşən ən dinamik şəhər kimi təqdim edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts