Tokio, 31 mart , /AJMEDIA/
Avstraliya Rusiya və Belarusdan idxal edilən bütün məhsullara rüsumları əlavə 35 faiz artıracaq. Bu qərarın həmin ölkələrə iqtisadi təzyiqi artırmaq məqsədilə qəbul olunduğu bildirilir.
AJMEDIA xəbər verir ki, bu barədə bəyanatla Avstraliyanın Baş naziri Skott Morrison martın 31-də çıxış edib.
“Avstraliya hökuməti Ukraynaya təcavüzə görə Rusiyaya və onu dəstəkləyən Belarusa qarşı iqtisadi təzyiqi artırmaq üçün fəaliyyətini davam etdirir. Biz 2022-ci il aprelin 25-dən başlayaraq Rusiyadan və Belarusdan idxal edilən bütün məhsullara rüsumları 35 faiz artıracağıq”, – deyə S.Morrison bildirib.