Avstraliya polisi ölkə tarixində ən böyük heroin partiyasını müsadirə edib

Tokio, 16 Oktyabr, /AJMEDIA/

Avstraliya federal polisi ölkə tarixində ən böyük heroin partiyasını ələ keçirib.

AJMEDIA bu ölkənin hüquq-mühafizə orqanlarına istinadla xəbər verir ki, 450 kiloqramdan artıq heroin Malayziyadan gətirilən kafel plitələrinin altında aşkar edilib.

Polisin yaydığı məlumatda deyilir: “Avstraliyanın hakimiyyət orqanları ölkə tarixində ən böyük miqdarda heroin partiyasını müsadirə edib. Malayziyadan Melburn limanına gələn və içərisində kafel plitələrini yerləşdiyi konteynerdə 450 kiloqramdan çox narkotik maddə aşkarlanıb. Sərhəd Xidmətinin federal polislə keçirdiyi birgə əməliyyat nəticəsində həbs edilən Malayziya vətəndaşına qarşı narkotiklərin qeyri-qanuni dövriyyəsinə görə ittiham irəli sürülüb”.

Avstraliyada bu cinayətə görə maksimum cəza ömürlük həbsdir. Müsadirə edilən heroin partiyasının dəyəri isə 140 milyon Avstraliya dollarına (103,8 milyon ABŞ dolları) bərabərdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts