Avstraliya parlamentinin binası əməkdaşlardan birinin COVID-19-a yoluxması səbəbindən bağlanıb

Tokio, 6 Dekabr, /AJMEDIA/

Avstraliya federal parlamentinin binası cari həftə iclaslardan birinin iştirakçısının koronavirus testinin nəticəsinin pozitiv çıxması ilə əlaqədar ziyarətçilər üçün bağlanıb.

AJMEDIA xəbər verir ki, bu barədə dekabrın 5-də SBS telekanalı məlumat yayıb.

Bildirilir ki, koronavirusa yoluxan əməkdaş “Yaşıllar” Partiyasının lideri Adam Bandtın rəhbərlik etdiyi işçilərdəndir. Qeyd edilir ki, həmin şəxs koronavirusa qarşı peyvəndin hər iki dozasını qəbul edib.

Telekanal “Yaşıllar” Partiyasının nümayəndəsinə istinadla qeyd edib ki, partiyanın ötən həftə Kanberrada olan digər əməkdaşlarının koronavirus testi neqativ çıxıb.

Binaya giriş üçün icazə yalnız parlamentin məsafədən işləməsi mümkün olmayan əməkdaşlarına veriləcək. Həmin əməldaşlardan parlament daxilində mütləq tibbi maska taxmaları və sosial məsafəni gözləmələri tələb ediləcək.

Telekanalın bildirdiyinə görə, ötən həftə Avstraliyanın Baş naziri Skott Morrison və müxalifətin lideri Entoni Albanes də parlamentdə olublar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts