Avstraliya COVID-19 pandemiyası başlayandan bəri ən çox ölüm halının qeydə alındığı günü yaşayır

Tokio, 18 yanvar, /AJMEDIA/

Yanvarın 18-də Avstraliya COVID-19 pandemiyası başlayandan bəri “omikron” ştamı səbəbindən xəstəxanalara yerləşdirilənlərin sayı artdığına görə ən çox ölüm halının qeydə alındığı günü yaşayır.

AJMEDIA xəbər verir ki, bu barədə Avstraliya KİV-i məlumat yayıb. Rəsmi məlumatlara görə, əhalinin ən sıx yaşadığı Yeni Cənubi Uels, Viktoriya və Kvinslend ştatlarında ümumilikdə 74 ölüm halı qeydə alınıb. Bu, ötən həftənin həmin günündə qeydə alınan 57 ölüm halından çoxdur.

Hökumət orqanlarının bildirdiyinə görə, ölkədə xəstəxanalara yerləşdirilən peyvənd olunmayan gənclərin sayı böyük üstünlük təşkil edir.

“Omikron” ştamı federal seçkilərə bir neçə ayın qaldığı bir vaxtda Baş nazir Skott Morrisonun reytinqinə də ciddi təsir göstərib. Keçirilən son sorğuların nəticələri göstərir ki, müxalifətdə olan leyboristlər lider mövqelərdə möhkəmləniblər.

Yeni Cənubi Uels, Viktoriya, Kvinslend və Tasmaniyada 67 mindən çox yeni yoluxma halının qeydə alındığı bildirilir.

Ümumiyyətlə, pandemiya başlayandan bəri Avstraliyada 1,6 milyon nəfərin koronavirusa yoluxduğu, onlardan 2757-sinin həyatını itirdiyi qeyd edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts