Avstraliya, Böyük Britaniya və ABŞ AUKUS çərçivəsində ilk razılaşmanı imzalayıblar

Tokio, 22 Noyabr, /AJMEDIA/

Avstraliya, Böyük Britaniya və ABŞ təhlükəsizlik sahəsində yeni üçtərəfli ittifaq hesab edilən AUKUS çərçivəsində ilk razılaşmanı imzalayıblar

AJMEDIA AFP agentliyinə istinadla xəbər verir ki, sənəd Kanberrada Avstraliyanın müdafiə naziri Piter Datton, ABŞ və Böyük Britaniyanın səfirləri tərəfindən imzalanıb.

“ABŞ və Böyük Britaniya ilə hərbi-dəniz qüvvələrinin nüvə qurğuları barədə informasiyaların mübadiləsini nəzərdə tutan sənəd Avstraliyaya ən son texnologiyalardan istifadədə bu ölkələrin etibarlı və məsuliyyətli tərəfdaşına çevrilməyə imkan verəcək”, – deyə Piter Datton bildirib.

Qeyd olunur ki, həmin razılaşma noyabrın 19-da ABŞ Prezidenti Co Bayden tərəfindən təsdiqlənib. ABŞ Prezidenti vurğulayıb ki, bu sənədin icrası üç ölkənin kollektiv müdafiəsi və təhlükəsizliyi üçün əsası olmayan risklərə imkan verməyəcək.

Xatırladaq ki, Avstraliya, Böyük Britaniya və ABŞ sentyabrın 15-də AUKUS adlı yeni qurumun yaradıldığını elan ediblər. Razılaşma Avstraliya üçün ABŞ texnologiyaları ilə təchiz olunacaq azı səkkiz ədəd atom sualtı qayığının inşasını və bu ölkənin silahlı qüvvələrinin ABŞ istehsallı qanadlı raketlərlə təchizatını nəzərdə tutur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts