Avstraliya Azərbaycanlıları Assosiasiyası Türkiyədə törədilən terror aktını pisləyib

Tokio, 15 noyabr , /AJMEDIA/

Avstraliyanın Sidney şəhərində fəaliyyət göstərən Avstraliya Azərbaycanlıları Assosiasiyası (AAA) İstanbulda törədilmiş terror aktı ilə bağlı Türkiyə dövlətinə və türk xalqına dərin hüznlə başsağlığı verib.
Bu barədə AJMEDIA-ya AAA-nın sədri Mikayıl Oyta məlumat verib. Terror aktı ilə əlaqədar Türkiyənin Avstraliyadakı səfiri Korhan Karakoça diaspor təşkilatı tərəfindən başsağlığı məktubu göndərildiyini bildirən M.Oyta Avstraliyada yaşayan azərbaycanlıların bu dəhşətli hadisədən çox sarsıldaqlarını diqqətə çatdırıb.
Məktubda deyilir: “Terror aktı nəticəsində yaralananların tezliklə sağalacağına ümid edirik. Biz dərin sarsıntı içərisindəyik və çoxlu sayda insanın ailəsi, dostları ilə birlikdə həftəsonu xoş vaxt keçirdikləri məşhur İstiqlal küçəsində terror hücumuna məruz qalmasını şiddətlə qınayırıq. Bu terror aktı bizim sivilizasiyaya və dəyərlərimizə hücum deməkdir. Bunu qətiyyətlə pisləyirik. Allah böyük Türkiyəni və türk xalqını qorusun!”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts